Pentaqon: ABŞ Hərbi Hava Qüvvələri DOGE-in köməyi ilə 10 milyard ABŞ dollarına qənaət edib - ÖZƏL

ABŞ Hərbi Hava Qüvvələri, ABŞ hökumətinin işinin səmərəliliyini artırmaq üçün yaradılmış qurum - DOGE mütəxəssislərinin köməyi ilə səmərəsiz xərcləri ümumilikdə 10 milyard dollar məbləğində azaltmağa müvəffəq olub.

Olaylar xəbər verir ki,bu barədə ABŞ müdafiə naziri Pit Hegset bəyan edib.

"Məmnuniyyətlə bildirirəm ki, Hərbi Hava Qüvvələri naziri Troy Meynk DOGE ilə birgə 10 milyard dollarlıq qənaətə nail olub," - deyə o, X sosial şəbəkəsində paylaşdığı videoda bildirib.

Pentaqon rəhbəri həmçinin əlavə edib ki, bu qənaət son altı ay ərzində 50 layihə və 500-dən çox müdafiə müqaviləsinin yoxlanılması nəticəsində əldə olunub.

Daha əvvəl DOGE-in fəaliyyətinə İlon Mask rəhbərlik edirdi. Lakin may ayının sonunda milyarder dövlət xidmətindən ayrıldığını elan etdi.
5 iyun tarixində Mask və ABŞ prezidenti Donald Tramp arasında sosial şəbəkədə qarşıdurma yaşanıb. Mask Trampın iqtisadi siyasətini tənqid edib, Tramp isə cavab olaraq İlon Maskı "dəlisov" adlandıraraq, onun DOGE-ə rəhbərlik etdiyi dövrdə artıq vəzifəsini vicdanla yerinə yetirmədiyini iddia edib.

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31