Tramp Ukrayna ilə bağlı qərarı diqqət cəlb etmək üçün qəbul etdi - ÖZƏL

Amerika Prezidenti Donald Trampın Ukrayna ilə bağlı qərarı KİV-in diqqətini cəlb etmək üçün qəbul edilib.

Olaylar xəbər verir ki,bu fikri jurnalist Yan Qarner Unherd nəşrindəki köşə yazısında bildirib.

O qeyd edib ki, son vaxtlar Ağ Evin siyasəti dəyişsə də, Trampın davranış məntiqi eyni qalıb.

Köşə yazarının fikrincə, ABŞ prezidenti xəbərlərlə "qidalanır", yəni istər qəhrəman, istərsə də düşmən obrazında olsa belə,baş rollardan birində olması onun üçün əsasdır.

"Belə bir vəziyyətdə mediada bitməyən işıqlandırmaya təkan vermək üçün qalmaqallı və kəskin dönüş etməkdən, özünü güclü və iradəli biri kimi göstərməkdən daha yaxşı nə ola bilər ki?" - deyə o vurğulayıb.

Daha əvvəl Tramp bildirmişdi ki, 50 gün ərzində Rusiyaya qarşı rüsumlar və sanksiyalar tətbiq etməyə hazır olacaq, lakin onların dəqiq məzmununu açıqlamamışdı.

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31