Paşinyan: “Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 16 iyul tarixində keçirdiyi mətbuat konfransında Rusiya ilə münasibətlərin yeni mərhələyə keçdiyini bildirib. Onun sözlərinə görə, Ermənistan-Rusiya əlaqələri artıq əvvəlki kimi olmayacaq.

"Bizim Rusiya ilə münasibətlərimiz artıq əvvəlki formada davam etməyəcək. Amma bu, onların pis olacağı anlamına gəlmir. Məncə, münasibətlərimiz yaxşı olmalı və əvvəlkindən də yüksək səviyyədə inkişaf etməlidir", - deyə Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, Rusiyanın müəyyən planlar hazırladığına dair bəzi siqnallar var, lakin bu iddialara hələlik ciddi yanaşmır: "Açığını desəm, bu cür şayiə və qiymətləndirmələrə inanmağa meylli deyiləm. Əgər hansısa problemlər yaranarsa, onları Rusiya tərəfi ilə açıq şəkildə müzakirə edib həll yolları axtaracağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31