Peskov: "Avropa silah tədarükündə fanatizm nümayiş etdirir" - ÖZƏL
16 İyul 2025 15:11 DünyaRusiya Qərb ölkələrinin Ukraynaya silah tədarüklərini diqqətlə izləyir. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Interfaks" agentliyinə açıqlamasında bildirib.
"Bu məsələ informasiya gündəmində əsas yer tutur. Biz, təbii ki, bu barədə yayılan bütün məlumatları diqqətlə izləyirik", - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın son açıqlamaları Vaşinqtonun Ukraynaya birbaşa silah göndərmək niyyətində olmadığını göstərir. Peskov Avropa dövlətlərinin bu məsələdə qeyri-müəyyən mövqe sərgilədiyini qeyd edib: "Almaniyadan ziddiyyətli açıqlamalar gəldi. Lakin chr("39")Tauruschr("39") raketləri ilə bağlı, görünür, hələ də müəyyən məntiqli düşüncə qalır. Onlar hələlik həmin raketlərin göndərilməyəcəyini bildirirlər".
Kremlin sözçüsünə Trampın ABŞ silahlarını Avropa ölkələrinə sataraq, onların Ukraynaya tədarükünü təmin etmək ideyası barədə də sual verilib. Peskov bu vəziyyəti belə şərh edib: "Bu sadəcə biznesdir. Bu cür tədarüklər əvvəllər də olub, heç vaxt tam dayandırılmayıb. Sadəcə indi bu silahların pulunu bəzi avropalılar ödəyəcək".
Peskov bildirib ki, Fransa və Çexiya bu sxemdə iştirakdan imtina edib: "Belə olan halda Avropa daxilində də fikir ayrılıqları yaşanacaq. Axı söhbət böyük pullardan gedir. Belə görünür ki, bu vəsaitlərdən adi vətəndaşlara heç nə qalmayacaq".
Yeni tədarük modelində Ukraynaya əvvəlkindən daha az silah göndərilib-göndərilməyəcəyi ilə bağlı suala isə Peskov cavabında bildirib: "Biz bunu dəqiq bilmirik. Hələlik müşahidə edirik ki, avropalılar tamamilə fanatik militarist yanaşma nümayiş etdirirlər. Onlar silahlanmaya böyük pullar xərcləməklə, müharibəni davam etdirmək niyyətlərini gizlətmirlər".
Sonda Peskov Rusiyanın yenilənmiş nüvə doktrinasının bütün müddəalarının, o cümlədən adi silahlarla hücum ediləcəyi təqdirdə nüvə cavabına imkan verən hissələrinin qüvvədə qaldığını da xüsusi vurğulayıb.