İran ABŞ ilə nüvə danışıqları üçün ön şərtlər irəli sürür – ÖZƏL
16 İyul 15:02 DünyaOlaylar.az xəbər verir ki, İran parlamentinin deputatları ABŞ ilə nüvə proqramı üzrə danışıqların bərpası üçün ön şərtlərin irəli sürülməsini tələb ediblər. Deputatların bəyanatında qeyd olunur ki, ABŞ danışıqlardan İranı aldatmaq və sionist rejimin (İsrailin) hücumlarını ört-basdır etmək üçün istifadə edib. Bu səbəbdən əvvəlki qaydada dialoqun davam etdirilməsi mümkün deyil və yeni danışıqlar yalnız müəyyən ön şərtlər yerinə yetirildikdən sonra başlaya bilər.
İran və ABŞ nümayəndələri bu ilin aprel-may aylarında beş raund danışıqlar aparıblar. Altıncı raund 15 iyun üçün planlaşdırılsa da, 13 iyunda İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi səbəbilə danışıqlar dayandırılıb. 24 iyunda İran və İsrail arasında atəşkəs elan olunub.
İran rəsmiləri danışıqlardan imtina etmədiklərini bildiriblər, lakin ABŞ-dən təcavüzün təkrar olunmayacağına dair zəmanət tələb edirlər. İran XİN-in rəsmi nümayəndəsi Əsmail Baqayi 15 iyulda bildirib ki, Təbriz və Vaşinqton yeni danışıqlar raundunun vaxtı və yeri barədə hələ razılıq əldə etməyiblər.