Ermənistan 11-ci ölkə olmaq istəyir – Paşinyan açıqladı

"Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına ( ŞƏT ) üzv olmaq üçün rəsmi müraciət edib".

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"Bu, balanslaşdırılmış xarici siyasətimizin məntiqinə uyğundur", - o bildirib.

Qeyd edək ki, hazırda ŞƏT-ə Rusiya, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Hindistan, İran və Pakistan daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31