Paşinyan: Mənim üçün Apostol Kilsəsi müqəddəsdir - ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, özü və ailəsi üçün Erməni Apostol Kilsəsi müqəddəsdir və bu səbəbdən ona qarşı kampaniya apara bilməz.
Olaylar.az xəbər verir ki,  bu sözləri Paşinyan kilsəyə qarşı təzyiqlərlə bağlı sualı cavablandırarkən deyib. Jurnalistin "kilsəyə qarşı mübarizədə sizi yalnız ruhani rütbəsindən məhrum edilmiş və ya Apostol Kilsəsinin üzvü olmayan şəxslər dəstəkləyir, adi dindarlar isə yox" sualına cavab verən Paşinyan bildirib:
"Mən Apostol Kilsəsinin davamçısı kimi, onun çökməsinə səbəb olan hallara qarşı mübarizə aparıram. Mənim etdiyim hər şey Kilsənin əleyhinə deyil, onun naminədir".
Paşinyana "Allahın sizi lənətləyəcəyindən qorxmursunuz?" sualı da ünvanlanıb. O isə belə cavab verib:
"Allah Onun sözlərinə əməl edən insanı necə lənətləyə bilər? Lənət, əksinə, ilahi əhdlərə qarşı çıxanlara düşməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31