Paşinyan: “Sülh sazişinin ilkin imzalanması gündəmdədir” – ÖZƏL

Ermənistan və Azərbaycan arasında sülh və qarşılıqlı dövlətlərarası münasibətlərin qurulmasına dair sənədin mətni razılaşdırılıb və bu istiqamətdə danışıqlar başa çatıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 16 iyul tarixində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında bu razılaşdırılmış sənəd əsasında növbəti mərhələyə keçid və mümkün "yol xəritəsi" ilə bağlı Azərbaycanla məsləhətləşmələr başlayıb:
"İlkin imzalanma ideyası da gündəlikdədir və bu istiqamətdə nəzərdən keçirilən variantlardan biridir. Bu, yeganə seçim deyil. Müəyyən şərtlərlə bu addım real və qəbuledilən ola bilər, digər hallarda isə elə də realist görünməyə bilər. Lakin biz sülh sazişinin imzalanması istiqamətində irəliləmək üçün heç bir imkanı əldən verməyəcəyik," - deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, bu proses Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası və dövlət maraqları nəzərə alınmaqla həyata keçirilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31