ABŞ Los - Ancelesə göndərilən 2 min əsgəri geri çağırır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Los - Ancelesdə xidmət edən 4 min Milli Qvardiya əsgərindən 2 minini geri çağıracağını açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell bildirib.

"Əsgərlər tapşırıqlarını yerinə yetirdikləri üçün geri qayıdırlar", - o qeyd edib.

Xatırladaq ki, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni miqrantların kütləvi saxlanılması başlayıb, iyunun 7-si axşam saatlarında miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunan ən azı 44 nəfər həbs edilib. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər başlayıb və iğtişaşlara çevrilib. ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın hərbçilərini göndərmək barədə sərəncam verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31