Trampdan Moskvaya hücumla bağlı mühüm açıqlama

"Volodimir Zelenski Moskvaya zərbələr endirmək barədə danışmamalıdır".

Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evi tərk etməzdən əvvəl jurnalistlərə bildirib.

"O, Moskvanı hədəf almamalıdır", - deyə Ağ Ev lideri qeyd edib.

Tramp münaqişənin heç bir tərəfini dəstəkləmədiyinə aydınlıq gətirib.

O, bir daha vurğulayıb ki, üç ildir davam edən münaqişədə günahkar o deyil, sələfi Co Baydendir.

Qeyd edək ki, bundan əvvəl Trampın Zelenski ilə söhbəti ortaya çıxıb. "Moskvaya niyə hücum etmirsiniz?", - deyə Ağ Ev lideri ukraynalı həmkarına deyib. Tramp bildirib ki, Ukrayna təkcə Moskvaya hücumu deyil, həm də Sankt-Peterburqu da vurğulayaraq Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31