“Gəlin, Kallasa kömək edək” – Zaxarovadan ironik cavab

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının (Aİ) hesabına Kiyevə yeni ABŞ silahlarının tədarükü məsələsinə reaksiya verib.

Olaylar.az xəbər verir ki, o, Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın sözlərinə istinad edib.

"Kallas doğrudanmı nədənsə şübhələnməyə başlayıb? Gəlin ona kömək edək: Aİ hesabına Kiyevə yeni ABŞ silahlarının tədarükü avropalıların ölüm ayağında olan adama yemək pulu verməsi kimidir", - deyə o Telegram kanalında yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31