Rusiya Erməni İttifaqı Kilsəsinin müdafiəsinə dair beynəlxalq konfrans keçirəcək – ÖZƏL
11:15 DünyaRusiya Erməni İttifaqı (REİ) Erməni Apostol Kilsəsinin müdafiəsinə həsr olunmuş beynəlxalq onlayn konfrans təşkil edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə REİ-nin sədri Ara Abramyan məlumat verib.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən ermənilər onu baş verənlərə görə narahatlıqla axtarır: "Mənə zəng vururlar və deyirlər: 'Cənab Abramyan, bu necə ola bilər?' Çünki çox adam artıq Ermənistana getməkdən çəkinir. Mən isə məqsəd qoymuşam ki, Kilsənin müdafiəsi ilə bağlı ümumerməni konfransı təşkil edim. Hər kəs fikrini bildirməlidir."
Ara Abramyan hesab edir ki, həqiqi iman sahibləri Kilsəni müdafiə etməkdən və bu barədə fikirlərini açıq şəkildə söyləməkdən çəkinməməlidirlər.
O həmçinin xatırladıb ki, dünya erməni diaspor təşkilatlarından biri olan Ümumdünya Erməni Konqresinin də rəhbəridir və bu qurum da gələcək konfransda iştirak edəcək.