Tramp: “İranın nüvə obyektini məhv etdik, tələsmirik” – ÖZƏL
10:56 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı yeni danışıqlar raundunun təcili keçirilməsinə ehtiyac görmür.
"İran rəhbərliyi danışıqlar aparmaq istəyir. Amma mən tələsmirəm, çünki onların nüvə obyektini məhv etdik," - deyə Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, İranın nüvə proqramını bərpa etmək ehtimalından danışaraq əlavə edib: "Onlar hər şeyə yenidən başlamağa məcbur olacaqlar. Obyektdə elə dağıntılar var ki, artıq ondan istifadə mümkün deyil. Onlar başqa bir dağ seçməli olacaqlar."
Tramp sözügedən obyektin dəqiq yerini açıqlamayıb. Qeyd edək ki, İranın nüvə obyektlərindən biri - Fordo kompleksi - dağın dərinliyində yerləşir.
Qeyd edək ki, "Axios" portalı ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın İranla nüvə sazişinin imzalanması üçün son tarix kimi avqust ayının sonunu müəyyən etdiyini bildirib. Əks halda Tehran ciddi sanksiyalarla üzləşəcək.