Ruttedən Rusiya ilə əməkdaşlara xəbərdarlıq - ÖZƏL
10:55 DünyaNATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Rusiya ilə əməkdaşlığı davam etdirən ölkələr - xüsusilə Çin, Hindistan və Braziliya - ciddi iqtisadi itkilərlə qarşılaşa bilərlər.
Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
"Zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona deyin ki, danışıqlara ciddi yanaşmalıdır. Əks halda bu vəziyyət Braziliya, Hindistan və Çin üçün ağır nəticələrə səbəb olacaq", - Rutte ABŞ Konqresində senatorlarla görüşü zamanı bildirib.
Rutte həmçinin vurğulayıb ki, Avropa Ukraynanın sülh danışıqlarında "ən yaxşı mövqeyə" malik olması üçün kifayət qədər resurs tapmağa qadirdir.
Bundan bir gün əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər Rusiya və ABŞ 50 gün ərzində Ukrayna münaqişəsinə dair razılığa gəlməsələr, Vaşinqton Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik idxal tarifləri tətbiq edəcək.