Fransada kilsəyə qarşı vandalizm aktı törədilib
10:47 DünyaFransanın Pireney-Atlantik departamentində yerləşən kilsəyə qarşı vandalizm aktı törədilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.
Məlumata əsasən, səhər kilsəyə gələn keşiş ibadət yerinə böyük həcmdə tullantı atıldığını görüb. Hadisə bazar günü baş versə də, ötən gün axşam saatlarında ictimailəşdirilib.
Din xadiminin jurnalistlərə bildirdiyinə görə, tullantı o qədər çox olub ki, üstündən keçmək mümkün olmayıb. Məsələ ilə bağlı polisə məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31