Tramp Çinlə “çox dostcasına” mübarizə aparacağını bildirib

ABŞ prezidenti Donald Tramp Pitsburqda çıxışı zamanı Çinlə "çox dostcasına" mübarizə aparacağını bildirib.

Olaylar.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Bildirilib ki, çıxışı zamanı ABŞ prezidenti İndoneziya ilə əvvəllər imzalanmış ticarət sazişini yüksək qiymətləndirib.

Tramp həmçinin Hindistan da daxil olmaqla digər ticarət sazişlərinin bağlanması ehtimalını da istisna etmədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31