Fransa ABŞ silahlarının Ukraynaya göndərilməsi təşəbbüsündə iştirak etməyəcək - ÖZƏL
10:27 DünyaFransa Ukraynaya ABŞ istehsalı olan silahların göndərilməsinə dair təşəbbüsdə iştirak etməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu təşəbbüs Avropa ölkələrinin maliyyə dəstəyi ilə həyata keçirilməli olsa da, Fransa bu prosesə qoşulmaqdan imtina edib.
Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir Avropa ölkələrinin öz müdafiə sənayesini dəstəkləməsini və silah tədarükünü Avropa istehsalçılarından almasını təbliğ edir.
"Politico" yazır ki, məhz bu səbəbdən Paris ABŞ silahlarının alınmasına yönəlmiş təşəbbüsə qoşulmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31