Suriya Prezidenti dərhal aradan qaldırılmalıdır – İsrailli nazirdən çağırış

İsrailin Diaspora ilə İş üzrə naziri Amiçay Çikli Suriyanın hazırkı prezidenti Əhməd əş-Şara ilə bağlı sərt bəyanatla çıxış edib. 

İsrail Qəzzanı vurdu: 61 fələstinli həlak oldu

 Olaylar.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində paylaşım edərək Şaranın "qanuni lider" kimi qəbul edilməsinin böyük səhv olduğunu bildirib.
"Əhməd əş-Şaranı qanuni lider hesab edən hər kəs ciddi şəkildə yanılır - o, terrorçudur, vəhşi qatildir və gecikmədən məhv edilməlidir", - deyə nazir vurğulayıb.
Çiklinin sözlərinə görə, Şara təkcə öz xalqına deyil, regionun sabitliyinə də ciddi təhlükə yaradır. O, beynəlxalq ictimaiyyəti Suriyadakı vəziyyətə biganə qalmamağa çağırıb və bildirib ki, belə bir liderin hakimiyyətdə qalması insanlıq və təhlükəsizlik baxımından qəbuledilməzdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31