Azarov Rusiyaya elə şeylər açıqladı ki…
10:03 Dünya"Ukrayna münaqişədən sonra 185 milyard dollar xarici borcunu ödəməli olacaq. Bu da iqtisadiyyata investisiyalar və istehsalın yaradılmasını tələb edəcək".
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov TASS agentliyinə açıqlamasında deyib.
"Bərpada kimlər iştirak etməlidir? Təbii ki, Ukraynanın özü və ukraynalılar. Biz böyük borcları, 185 milyard dolları ödəməliyik. Amma iqtisadiyyat işləmirsə, onları necə ödəyə bilərik? Bu o deməkdir ki, bu sahəni gücləndirməliyik", - deyə o bildirib.
Eyni zamanda Azarov qeyd edib ki, Ukraynada ölkənin bərpasında maraqlı olanlar var:
"İndi bu haqda danışmaq çətindir. Amma mən ukraynılıları tanıyıram. Çoxlu bacarıqlı, istedadlı insanlar öz ölkələrini bərpa etməkdə maraqlı olacaqlar", - sabiq baş nazir bildirib. (Globalinfo)