“Vəziyyət ciddidir, bütün arsenaldan istifadə etmək vaxtıdır” – Duqin çağırış etdi
15 İyul 21:18 Dünyaİyulun 14-də ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında Ukrayna ilə bağlı diqqətçəkən açıqlama verib.
Globalinfo.az-ın xəbərinə görə, Tramp bildirib ki, Rusiya və Ukrayna 50 gün ərzində sülh razılaşmasına gəlməsələr, ABŞ Rusiya mənşəli mallara, xüsusilə də neftə, 100%-lik tarif tətbiq edəcək. Bildirilir ki, hədəf yalnız Moskva deyil, bu tariflər dolayısı ilə Çin, Hindistan və Braziliya kimi əsas alıcı ölkələrə də təsir edə bilər.
Rusiyalı politoloq Andrey Pinçuk qeyd edib ki, 100% tarif iqtisadi baxımdan 500%-lik təklifdən daha real və icraolunandır. Çünki daha yüksək rüsumlar həm ABŞ-ın tərəfdaşlarına, həm də onun öz iqtisadi maraqlarına zərbə vura bilərdi.
Rusiyalı filosof və siyasi analitik Aleksandr Duqin Trampın açıqlamasına diqqət çəkərək bildirib ki, Rusiya tarixi vəzifəni yerinə yetirmək üçün 50 günlük pəncərə əldə edib. Onun fikrincə, bu müddət ərzində Rusiya Xarkov, Odessa, Dnepropetrovsk və Kiyevi nəzarətə götürməyə çalışacaq.
"Vəziyyət ciddidir. Hesab edirəm ki, indiki şəraitdə istənilən silahdan, istənilən hədəfə qarşı istifadə etmək olar".