Avropa İttifaqından ABŞ-a qarşı 72 milyard avroluq cavab – Trampın tarif hədəsinə sərt reaksiya
15 İyul 19:24 DünyaAvropa İttifaqı ABŞ-la ticarət danışıqları uğursuzluqla nəticələnəcəyi təqdirdə, genişmiqyaslı cavab sanksiyaları tətbiq etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, "Reuters"-in məlumatına görə, Aİ rəhbərliyi ABŞ mallarına 72 milyard avro həcmində yeni tariflər tətbiq etməyi planlaşdırır. Sanksiyalar "Boeing" təyyarələri, burbon viskisi, avtomobillər, kimyəvi məhsullar, tibbi avadanlıqlar, elektronika, kənd təsərrüfatı və ərzaq məhsullarını - o cümlədən şərab, pivə, spirtli içkilər, meyvə və tərəvəzləri əhatə edə bilər.
Bu addım ABŞ prezidenti Donald Trampın 1 avqustdan etibarən Avropa İttifaqından idxal olunan mallara 30 faizlik tarif tətbiq etmək hədəsinə cavab olaraq atılır.
Avropa Komissiyası bəyan edib ki, danışıqlar davam etsə də, belə birtərəfli tədbirlər Avropa biznesinə və qlobal ticarət sisteminə ciddi zərər verə bilər. Tramp administrasiyası isə bu tariflərin ABŞ istehsalçılarını qorumaq məqsədi daşıdığını bildirir.