Makronun Rusiya ilə bağlı yeni planı: Yaxın 3-5 ildə…

"Fransa Prezidenti Emmanuel Makronun xahişi ilə hazırlanan Milli Strateji İcmalda qeyd olunub ki, Avropa yaxın 3-5 il ərzində müdafiəsini Rusiya ilə hipotetik münaqişə əsasında qurmalıdır".

Olaylar.az xəbər verir ki, bu barədə Fransanın beynəlxalq radiosu RFI məlumat yayıb.

Sənəddə vurğulanıb ki, bu fərziyyə Avropa qitəsinin müdafiəsi və təhlükəsizliyi maraqları baxımından vacibdir:

"Hesabat müəllifləri düşünürlər ki, Ukraynaya qarşı yeni hücum aksiyaları Avropanın yaxınlığında, məsələn, Moldovada və ya Balkanlarda baş verə bilər. NATO-ya üzv dövlətlərdə birbaşa döyüş hərəkətləri də istisna edilmir. Sənəddə belə nəticəyə gəlinir ki, Ukraynaya dəstək avropalılar üçün əsas prioritetdir. Həmçinin Kiyev Alyansa üzv olmaq üçün geridönməz yoldadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31