Rusiya: Qərbin silah tədarükü müharibəni uzadır – ÖZƏL

Qərbin Kiyevə silah tədarükü müharibəni uzatmaqdan başqa bir nəticə vermir. 

Olaylar.az xəbər verir ki, bu fikri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə açıqlamasında bildirib.

"Əslində, silah tədarükü sülhə yox, davam edən münaqişənin uzanmasına xidmət edir", - deyə Qruşko vurğulayıb.

O, həmçinin qeyd edib ki, NATO-nun baş katibi Mark Rutte açıq şəkildə bildirib: alyansın əsas məqsədi Ukraynanı bu mübarizədə dəstəkləməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31