Kreml Trampın sanksiya bəyanatını ciddi hesab edir – ÖZƏL

Kreml ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı bəyanatını "çox ciddi" hesab edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, bəyanatda Prezident Putinə ünvanlanmış məqamlar var və Kremlin bununla bağlı təhlilə ehtiyacı var. Putin hələlik məsələ ilə bağlı şərh verməyib.

Peskov əlavə edib ki, Vaşinqton, NATO və Brüsselin qərarları Ukrayna tərəfindən sülh siqnalı deyil, müharibənin davamı kimi qəbul olunur.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, Moskva danışıqlara hazırdır, lakin əgər bu istək qarşılıq görməzsə, məqsədlərinə xüsusi hərbi əməliyyatla çatmaqda davam edəcək.

Xatırladaq ki, Tramp bildirib: əgər 50 gün ərzində atəşkəs barədə razılaşma əldə olunmasa, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100% gömrük rüsumları tətbiq edəcək. ABŞ və Aİ isə Kiyevə silah tədarükü barədə razılığa gəlib və bu xərcləri Avropa qarşılayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31