Aİ Gürcüstanla vizasız rejimi dayandıra bilər – ÖZƏL
14:26 DünyaAvropa İttifaqı Gürcüstanın son dövrlərdə seçdiyi anti-demokratik kursa cavab olaraq bu ölkə ilə vizasız rejimin dayandırılmasını nəzərdən keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Kaya Kallas 15 iyul tarixində Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, iclasın əsas mövzularından biri Rusiyaya qarşı hazırlanan 18-ci sanksiya paketi və Gürcüstandakı vəziyyətdir.
"Gürcüstanda müəyyən ciddi geriləmənin şahidi oluruq və biz daha nə edə biləcəyimizi müzakirə edəcəyik. Bütün variantlar masadadır - o cümlədən vizasız rejimin dayandırılması və gürcü hakimiyyətinin mövqeyini dəyişməyə vadar edə biləcək digər addımlar," - deyə Kallas qeyd edib.
Avropa İttifaqının bu addımı Gürcüstan hökumətinə qarşı təzyiq vasitəsi kimi qiymətləndirilir.