Fransa: 2030-a qədər Avropada Rusiya ilə yüksək intensivlikli müharibə başlaya bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın yenilənmiş Milli Strateji Baxış (RNS 2025) sənədində qeyd olunur ki, 2030-cu ilə qədər Avropanın "ürəyində" Rusiya təhlükəsi fonunda yüksək intensivlikli genişmiqyaslı müharibə baş verə bilər. Bildirilir ki, mümkün hərbi münaqişə Fransa ərazisindən kənarda baş tutacaq, lakin Parisin bu müharibəyə cəlb olunma ehtimalı var. Gələcək 3-5 il ərzində Moldova, Balkan ölkələri və ya NATO üzvü olan dövlətlər təcavüz riski ilə üzləşə bilər.

Sənəddə vurğulanır ki, Rusiya Fransa üçün "ən böyük təhlükə" olaraq qalır və son illərdə Avropa ölkələrinə qarşı casusluq, kiberhücumlar, seçkilərə müdaxilə cəhdləri və ictimai rəyə təsir vasitəsilə təxribat xarakterli addımlarını artırıb.

Fransa və digər Avropa ölkələri Rusiyanın mümkün yeni aqressiyasına qarşı özünü daha yaxşı müdafiə etməyə və onun qarşısını almağa hazır olmalıdır. Bu məqsədlə sənəddə Avropanın "strateji ayılma" dövrünə daxil olması və müdafiə qabiliyyətlərinin gücləndirilməsi təklif olunur.

Milli Strateji Baxış sənədi Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyi tərəfindən hazırlanır və ölkənin müdafiə siyasətini müəyyən edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31