Çin: Rusiya ilə sıx əlaqələr qlobal çağırışlara birlikdə cavabdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Rusiya və Çin mürəkkəb beynəlxalq mühitdə ortaq çağırışlara cavab vermək üçün bütün səviyyələrdə sıx əlaqələr saxlayır.

"Çin və Rusiya hər səviyyədə yaxın və fasiləsiz əlaqələrə malikdir. Bu da qeyri-sabitlik və dəyişikliklərdən yaranan çağırışlara birlikdə cavab verməyə kömək edir", - deyə Lin Jian Çin lideri Si Cinpin ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında keçirilən son görüşü şərh edərkən bildirib.

Sözçü vurğulayıb ki, Moskva və Pekin arasında mövcud əməkdaşlıq iki ölkənin liderləri arasında əldə olunan razılaşmaların tez bir zamanda icrasına və ümumi inkişafın təmin olunmasına xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31