Macarıstan Ukrayna liderlərinə qarşı sanksiya çağırışı etdi - ÖZƏL
15 İyul 2025 12:38 DünyaMacarıstan hökuməti Avropa İttifaqını (Aİ) Zakarpatyada zorakı şəkildə orduya çağırılan macar əsilli vətəndaşın ölümündə məsuliyyət daşıyan Ukrayna rəhbərlərinə qarşı insan haqları pozuntularına görə sanksiyalar tətbiq etməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban özünün sosial şəbəkə hesabında məlumat verib.
Baş nazir bildirib ki, Zakarpatya vilayətinin Bereqovo şəhər sakini, 45 yaşlı Yojeph Şebeştien zorla hərbi xidmətə çağırılarkən döyülərək öldürülüb:
"Yojeph Şebeştien Zakarpatyada zorla orduya cəlb olunarkən döyülərək öldürülüb. Bu gün Macarıstan hökuməti Brüsseli dərhal hərəkətə keçməyə və bu faciəyə görə məsul olan Ukrayna liderlərini Aİ-nin insan hüquqları ilə bağlı sanksiyalar siyahısına salmağa çağırdı."
Macarıstan tərəfi bu hadisəni insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti məsuliyyətə çağırmağa çağırır.