Yaponiya Ukraynaya ölümcül silah göndərməyəcək – səfir – ÖZƏL
15 İyul 2025 12:10 DünyaYaponiya Ukraynaya ölümcül silahlar göndərə bilməz.
Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfiri Akira Muto TASS agentliyinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Yaponiyanın digər ölkələrə müdafiə avadanlıqları və texnologiyalarının ötürülməsi ilə bağlı üç əsas prinsipi var və bu prinsiplər Ukraynaya ölümcül silahların verilməsini qadağan edir. Onun sözlərinə görə, Tokio bu məsələdə öz qanunvericiliyinə və konstitusiyasına uyğun davranır.
Akira Muto vurğulayıb ki, Yaponiya Ukraynaya yalnız humanitar yardım, yenidənqurma və bərpa işləri, eləcə də mina təmizləmə sahəsində dəstək göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31