ABŞ silahları üçün Ukraynanı illərlə gözləyə bilər - ÖZƏL
15 İyul 12:07 DünyaOlaylar.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yazıb. Yazıya görə, Ukrayna ABŞ-dən yeni silahların göndərilməsini aylarla, hətta illərlə gözləməli olacaq. Qəzetin ekspertlərə istinadən verdiyi məlumata əsasən, Avropanın hərbi sənayesi kifayət qədər güclü deyil və Ukraynanın ehtiyac duyduğu silahları özü təmin edə bilmir.
Bu səbəbdən NATO və ABŞ arasında əldə olunan razılaşmaya əsasən, Avropa ölkələri Ukrayna üçün lazım olan silahların istehsalına görə ABŞ-ə ödəniş edəcək. Lakin silahların istehsalı zaman tələb edir, bu isə o deməkdir ki, Avropa tərəfindən maliyyələşdirilən texnikanın Kiyevə çatdırılması uzun müddət çəkə bilər.
Qeyd edək ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Avropa bu silah tədarüklərini maliyyələşdirsə, Vaşinqton Ukraynaya hərbi texnika göndərməkdə davam edəcək. O, həmçinin bildirib ki, bu prosesə NATO nəzarət edəcək.
Tramp əlavə edib ki, əgər 50 gün ərzində Moskva və Vaşinqton Ukrayna məsələsində razılığa gəlməsə, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı təxminən 100 faiz həcmində idxal rüsumları tətbiq edəcək.