Rusiya ilə bağlı qərar veriləcək: “Çox yaxınıq”

"Avropa İttifaqı (Aİ) ölkələri iyulun 15-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilərlər. Buna çox yaxındırlar".

Olaylar.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.

Kallas, həmçinin ABŞ-ın Rusiya əleyhinə sanksiyalar tətbiq edəcəyinə ümid etdiyini bildirib.

Onun fikrincə, bu cür tədbirlər Ukraynadakı münaqişənin tezliklə həlli məsələsində Moskvaya təzyiq vasitəsi ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31