TƏCİLİ: Qumdan sonra Məşhəddə müəmmalı partlayış
11:19 DünyaMəşhəd şəhərində, hava limanı yaxınlığında yerləşən bir obyektdə güclü partlayış baş verib.
Olaylar.az "Azad Iran"a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında qeydə alınıb.
İnsident Qum şəhərindəki Pərdisan yaşayış kompleksində baş vermiş partlayışdan yalnız bir neçə saat sonraya təsadüf edir.
Rəsmi mənbələr ilkin olaraq partlayışın səbəbi kimi qaz borusunda baş verən nasazlığı göstərsələr də, hadisənin dəqiq mənşəyi hələlik tam aydınlaşdırılmayıb.
Yerli sakinlər və şahidlər partlayışın güclü səs və alovla müşayiət olunduğunu bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31