Yaponiya NATO ilə əlaqələri gücləndirir – ÖZƏL 

Yaponiya beynəlxalq təhlükəsizlik sahəsindəki mürəkkəb vəziyyət fonunda NATO ilə münasibətləri gücləndirir, lakin qonşu ölkələrlə dinc yanaşı yaşamaq niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfiri Akira Muto TASS-a müsahibəsində bildirib.
"Yaponiya ilə NATO arasında əlaqələrin gücləndirilməsi beynəlxalq təhlükəsizlik sahəsində olduqca mürəkkəb vəziyyətə cavab məqsədi daşıyır", - deyə səfir vurğulayıb.
Akira Muto qeyd edib ki, bu addımlara baxmayaraq, Yaponiya sülhsevər dövlət olaraq qalmaq və region ölkələri ilə birgə rifah yolunda irəliləmək niyyətindən dönmür.
Diplomatın fikrincə, "İkinci Dünya müharibəsindən bəri Yaponiya təhlükəsizlik baxımından Hind-Sakit okean regionunda ən çətin və mürəkkəb vəziyyətlə üz-üzə qalıb. Bu şəraitdə beynəlxalq hüququn aliliyinə əsaslanan azad və açıq dünya nizamının qorunub saxlanılması və möhkəmləndirilməsi daha da əhəmiyyət qazanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31