Tramp: “Putinlə münasibətləri tam kəsmirəm” – ÖZƏL
10:21 DünyaABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətləri tam kəsmədiyini bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Onunla bağlı məyusluğum var, amma onunla münasibətlərimi tam bitirmirəm", - deyə Tramp britaniyalı telekanala müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, Rusiya ilə razılaşma əldə edə biləcəyini "dörd dəfə düşündüyünü" deyib. Eyni zamanda, Putinə etimad məsələsinə toxunan Tramp qeyd edib ki, "ümumiyyətlə heç kimə güvənmir".
Bundan əvvəl, bazar ertəsi günü Tramp bəyan etmişdi ki, əgər Rusiya və Ukrayna arasında 50 gün ərzində atəşkəs sazişi imzalanmasa, ABŞ Rusiya mallarına 100% rüsum tətbiq edəcək və Rusiya neftini alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.
Bu bəyanat fonunda Rusiya fond bazarı günün əsas ticarət sessiyasında 2,73% artaraq kəskin yüksəliş göstərib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə həmin gün bildirib ki, Moskva Ukrayna ilə növbəti danışıqlar raundunun tarixləri ilə bağlı təklifləri hələ də gözləyir, lakin görünən odur ki, Kiyev tələsmir.
Yanvar ayında Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən iclasda Prezident Vladimir Putin bildirmişdi ki, Ukrayna münaqişəsinin nizamlanması müvəqqəti atəşkəs və qüvvələrin yenidən qruplaşdırılması üçün fasilə deyil, uzunmüddətli sülh olmalıdır. Onun sözlərinə görə, Rusiya hakimiyyəti Rusiya xalqının maraqları uğrunda mübarizəni davam etdirəcək və "xüsusi əməliyyatın" mahiyyəti də məhz bundan ibarətdir. Putin qeyd edib ki, Ukraynada sülh bu regionda yaşayan bütün xalqların qanuni maraqlarına hörmət əsasında qurulmalıdır.