Ukrayna Müdafiə Nazirliyi ispan dilində muzdluları Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa çağırır - ÖZƏL
14 İyul 20:12 DünyaUkrayna Müdafiə Nazirliyi TikTok sosial şəbəkəsində ispan dilində videorolik yayımlayaraq əcnəbiləri Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağa çağırıb.
Olaylar xəbər verir ki,bu barədə məlumat yayılıb.
"Biz döyüş və qeyri-döyüş mövqeləri üçün güclü və cəsur insanlar axtarırıq", - deyə videoda başında sombrero olan Müdafiə Nazirliyinin nümayəndəsi bildirir.
Bundan əvvəl "El País" nəşri yazmışdı ki, Ukrayna tərəfdə vuruşan ispan muzdlusu iyunun 10-da Donetsk cəbhəsində məhv edilib. Həlak olan şəxsin ailə üzvləri onun cəsədinin vətənə qaytarılmasına çalışırlar, lakin bu, müəyyən çətinliklərlə müşayiət olunur. Belə ki, meyit Ukraynalı döyüşçülərin geri çəkilərkən tərk etdiyi mövqedə qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31