Tramp iki ay əvvəl “Putinlə sövdələşmə” edə bilmədiyi üçün məyus olub
14 İyul 19:53 DünyaABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putinlə danışıqlardan sonra Ukrayna münaqişəsinin hələ də sona çatmamasından narazı olduğunu bildirib.
Ağ Ev rəhbərinin fikrincə, bu böhran iki ay əvvəl başa çatmalı idi.
Olaylar xəbər verir ki,Tramp bu fikirlərini Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlər qarşısında çıxış edərkən səsləndirib:
"Biz istəyirik ki, bu məsələ bitsin. Mən prezident Putindən məyusam, çünki düşünürdüm ki, iki ay əvvəl bir razılaşma əldə edəcəyik, amma görünür, bu baş verməyəcək" - deyə Tramp bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ Rusiyadan narazıdır və əgər 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, "çox sərt tariflər" tətbiq etməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31