İlan Şor: “Avropa Moldovanı Rusiyaya qarşı müharibəyə hazırlayır” - ÖZƏL
16:53 DünyaMoldovanın müxalif "Qələbə" partiyalar blokunun lideri İlan Şor Avropa İttifaqını ölkəni silahlandırmaqda və onu Rusiya ilə qarşıdurmaya sürükləməkdə ittiham edib. Olaylar.az xəbər verir ki, bu barədə siyasətçi özünün Telegram kanalında açıqlama verib.
İlan Şor bildirib ki, prezident Maya Sandu və onun rəhbərlik etdiyi Hərəkət və Həmrəylik Partiyası (PDS) NATO ilə yaxınlaşma xəttini davam etdirərək ölkənin Konstitusiyasında qeyd olunan neytrallıq statusunu pozur.
"Şübhə yoxdur ki, Sandu parlament seçkilərində PDS-nin qələbəsi halında ölkənin neytral statusunu ləğv edəcəyinə Qərb sahiblərinə söz verib. O, diasporaya deyir ki, 'Ukraynanın müqaviməti bizə pauza verir'. Bu xanım açıq şəkildə göstərir ki, Moldovanı Qərbin Rusiya ilə müharibəsində alətə çevirmək niyyətindədir," - deyə Şor bildirib.
O əlavə edib ki, Avropa Moldovaya "müdafiə yardımı" adı altında silah göndərir: "Bunlar ölüm hədiyyələridir. Aydındır ki, avropalılar bu 'investisiyaların' qarşılığını istəyəcəklər. Tarix göstərir ki, bu bəzən pulla yox, qanla ödənilir."
Qeyd edək ki, Konstitusiyaya əsasən Moldova neytral ölkədir, lakin son dövrlər hökumətin NATO ilə əməkdaşlığı genişləndirməsi daxildə və regionda müzakirələrə səbəb olub.