Leyen: Bakı ilə ən qısa müddətdə sülh sazişinin imzalanacağını ümid edirəm – ÖZƏL
16:07 DünyaOlaylar.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
"Sülh sazişi layihəsi Azərbaycanla onilliklərdir davam edən düşmənçiliyə son qoyacaq dönüş nöqtəsidir. Ümid edirəm ki, bu sənəd ən qısa zamanda imzalanacaq," - deyə fon der Leyen qeyd edib.
İyulun 14-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında üçtərəfli görüş keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31