Özbəkistanda idarəetmə islahatı: Prezident Administrasiyası yenidən təşkil olundu - ÖZƏL

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident Administrasiyasının yeni strukturunu təsdiqləyib. Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Asadov məlumat verib.
Asadovun verdiyi məlumata görə, Prezident "Dövlət idarəetmə sistemində səmərəliliyin, proaktivliyin və nəticəyönümlülüyün artırılması tədbirləri haqqında" fərman imzalayıb. Fərmana əsasən, Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub.
"Yeni struktur nəticəsində Administrasiya və onun sisteminə daxil olan qurumlarda 284 ştat vahidi ləğv olunub, təkrarlanan vəzifələr isə optimallaşdırılıb", - deyə Asadov Telegram kanalında bildirib.
Bu dəyişikliklər dövlət idarəetməsində çevikliyi və funksional effektivliyi artırmağı hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31