Kreml: Baltikada gərginliyə səbəb Avropa ölkələrinin aqressiv siyasətidir

Baltikyanı bölgədə hazırda gərgin atmosfer hökm sürür və bu vəziyyət Avropanın sahilyanı ölkələrinin aqressiv siyasətindən qaynaqlanır.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Estoniyanın Baltik dənizində keçirdiyi döyüş atışlarının Kreml tərəfindən eskalasiya cəhdi kimi qəbul olunub-olunmaması ilə bağlı suala cavab olaraq bildirib. 

"Şübhəsiz ki, hazırda Baltikyanı region Avropanın sahilyanı dövlətlərinin olduqca aqressiv siyasəti nəticəsində gərginliyin hökm sürdüyü bir məkana çevrilib", - Peskov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31