Malta Rus neftinə yeni qiymət məhdudiyyətinə etiraz edib – ÖZƏL
14 İyul 12:11 DünyaAvropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin bazar günü keçirilən iclasında Malta nümayəndələri Avropa Komissiyasının Rusiya neftinin ixracına qiymət tavanının tətbiqi təklifinə etiraz ediblər.
Olaylar.az xəbər verir ki, Politico bu barədə Avropa diplomatik mənbələrinə istinadla məlumat yayıb.
Təklifə əsasən, qiymət tavanı son üç ayın orta bazar dəyərindən 15% aşağı müəyyən edilməli idi. Reuters isə yazır ki, bu məbləğ təxminən 47 dollar/barrel səviyyəsində hesablanıb və hər altı aydan bir yenidən nəzərdən keçiriləcək.
Slovakiya qiymət endiriminə razılıq versə də, Avropa İttifaqından gələcəkdə Rusiya qazı ilə bağlı tədarük zəmanəti tələb edir. Daha əvvəl Avropa Komissiyası may ayında 18-ci sanksiyalar paketində Rusiya neftinə tətbiq edilən 60 dollar tavan qiymətinin 45 dollara endiriləcəyini vəd etmişdi. Lakin Slovakiya və Macarıstan bu addıma qarşı çıxıb, Estoniya isə əksinə, əgər qiymət daha da endirilməzsə, paketi bloklayacağını bəyan edib. ABŞ isə hələlik bu tədbiri G7 çərçivəsində dəstəkləyib-dəstəkləməyəcəyinə dair mövqe bildirməyib.