Trampın Rusiya ilə bağlı bəyanatı sərt olacaq - ÖZƏL
14 İyul 12:10 DünyaABŞ prezidenti Donald Trampın 14 iyulda Rusiya ilə bağlı verəcəyi bəyanatın aqressiv tonlu olacağı gözlənilir. Olaylar.az xəbər verir ki, bu barədə "Axios" portalına açıqlamasında Cənubi Karolinadan olan senator Lindsi Qrem bildirib. Qrem qeyd edib ki, Tramp hazırda Rusiya prezidenti Vladimir Putinə qarşı olduqca qəzəblidir.
"Tramp Putinə çox qəzəblidir, onun bəyanatı çox sərt olacaq", - deyə senator vurğulayıb.
Portalın məlumatına görə, Tramp 3 iyulda Putinlə baş tutan telefon danışığının məzmunundan narazı qalıb.
Bundan əvvəlki məlumatlarda bildirilirdi ki, Tramp Ukraynaya yeni silah tədarükü planını elan etməyi planlaşdırır. Bu plana hücum xarakterli silahlar da daxildir. "Axios" bu qərarı Trampın siyasətində "ciddi dönüş nöqtəsi" kimi qiymətləndirir.