Zelenski hərbi vəziyyət və səfərbərliyi daha üç ay uzadır - ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərlik rejiminin daha üç ay uzadılması ilə bağlı qanun layihələrini Ali Radaya təqdim edib. Olaylar.az xəbər verir ki, bu barədə məlumatlar Ukrayna parlamentinin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, 16 aprel tarixində Ali Rada bu rejimlərin müddətini artıq 15-ci dəfə uzadaraq 6 avqusta qədər qüvvədə qalmasını təsdiqləmişdi. Yeni sənədlərin isə 7 avqustdan etibarən qüvvəyə minməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31