Tramp: Qəzza ilə bağlı razılaşma bir həftəyə mümkün ola bilər – ÖZƏL
14 İyul 2025 11:34 DünyaABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı vəziyyətin bir həftə ərzində nizama salına biləcəyini istisna etməyib.
Olaylar.az xəbər verir ki, o, bu barədə 13 iyulda Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlama verib.
"Qəzza üzrə danışıqlar aparılır və ümid edirəm ki, yaxın bir həftə ərzində razılığa gələcəyik. Gözləyək, görək nə baş verəcək", - deyə Tramp bildirib.
Qeyd edək ki, 6 iyulda HƏMAS və İsrail arasında Qəzza zolağında atəşkəs və girovların azad olunması ilə bağlı danışıqlar Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə Dohada yenidən başlayıb. Lakin 8 iyulda Qətər baş nazirinin müşaviri Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, danışıqlar hələ başlamayıb, hazırda vasitəçilər HƏMAS və İsrail nümayəndələri ilə məsləhətləşmələr aparır. Onun sözlərinə görə, atəşkəs razılaşmasına nail olmaq üçün vaxt tələb olunur.