Kamerun Prezidenti 92 yaşında yenidən namizəd oldu - ÖZƏL
11:12 DünyaKamerunun hazırkı Prezidenti Paul Biya oktyabrın 12-də keçiriləcək prezident seçkilərində yenidən namizəd olduğunu bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edərək ictimaiyyətə müraciət edib:
"Sizə xidmət etmək əzmim ölkənin üzləşdiyi problemlərin ciddiyyəti ilə üst-üstə düşür", - deyə Biya qeyd edib.
Qeyd edək ki, 92 yaşlı Paul Biya 1982-ci ilin payızından etibarən fasiləsiz olaraq Kameruna rəhbərlik edir. Bu, onun dövlət başçısı kimi 43 illik fəaliyyəti dövründə daha bir seçkiyə qatılması deməkdir.
Kamerunda prezident seçkiləri bir mərhələdə keçirilir. Sadə səs çoxluğu qazanan namizəd qalib sayılır. Prezidentlik müddəti yeddi ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31