ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfər edib – ÖZƏL
11:01 DünyaABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq 14 iyul, bazar ertəsi günü Kiyevə səfər edib. Onun səfərinin uzunmüddətli olacağı bildirilir.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Telegram kanalında paylaşıb.
Yermakın sözlərinə görə, görüşlərdə müdafiə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, silah tədarükü, sanksiyalar, mülki əhalinin müdafiəsi və Ukrayna ilə ABŞ arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.
"Rusiya atəşi dayandırmaq istəmir. Güclə sülh - bu, ABŞ Prezidenti Donald Trampın prinsipidir və biz bu yanaşmanı dəstəkləyirik", - deyə Yermak vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31