Moskvaya pis xəbər: Tramp gözlənilən qərarı elan edəcək

"ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynaya silah tədarükü planını təqdim etmək niyyətindədir".

Olaylar.az xəbər verir ki, bu barədə "Axios" portalı  mənbələrə istinadən məlumat yayıb.

"O, Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə elan edə bilər. Bu, Trampın siyasətində böyük dəyişiklik deməkdir", - deyə bildirilib.

Portalın mənbələri iddia edir ki, Trampın planında Rusiya ərazisinin dərinliklərində, o cümlədən Moskvada hədəflərə çata bilən uzaqmənzilli raketlərin Ukraynaya mümkün transferi bəndi ola bilər.

Eyni zamanda bu məsələ ilə bağlı yekun qərarın verilib-verilmədiyi bilinmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31