PKK-nın tərksilah prosesinin yekunlaşağı tarix açıqlandı
14 İyul 2025 10:29 DünyaPKK terrorçu qruplaşmasına aid döyüşçülərin tərksilahı prosesinin ən geci sentyabr ayına kimi yekunlaşması planlaşıdırılır. Prosesə nəzarəti 24 saat rejimində Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) həyata keçirəcək.
Olaylar.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, kürd döyüşçülərin silahları yerə qoymasını əks etdirən görüntülər daha KİV-də canlı yayımlanmayacaq Silahlar İraqın şimalında tərksilah üçün xüsusi ayrılmış məntəqələrdə təhvil veriləcək. Qruplaşmanın sıravi üzvlərindən fərqli olaraq təxminən 250 nəfərdən ibarət rəhbərliyinin İraq və Suriyanın Türkiyə ilə sərhədyanı ərazilərində qalmasına icazə verilməyəcək.
Qeyd edilir ki, ləğv olunan qruplaşmanın rəhbərliyi üçüncü ölkələr köçsələr belə, şərtlərə əsasən onların kütləvi şəkildə eyni məkanda qalmalarına yol verilməyəcək.