Bu ölkəyə kiberhücumlar kəskin artıb - SƏBƏB

Böyük Britaniya Donald Tramp ABŞ prezidenti vəzifəsinə gələndən sonra Rusiyanın kiberhücumları və kəşfiyyat fəaliyyətlərinin əsas hədəfinə çevrilib.

Olaylar.az xəbər verir ki, bunu "The Times"a adı açıqlanmayan yüksək rütbəli britaniyalı məmur deyib: "Biz bir nömrəli hədəfik".

Onun sözlərinə görə, krallığın kəşfiyyat xidmətləri ilin əvvəlindən Moskvanın hibrid hücumlarının, o cümlədən kiberhücumların və əsas infrastruktur obyektlərinin təxribatına cəhdlərin artmasını qeydə alıb. Mənbə Rusiyanın Böyük Britaniyaya marağının səbəbini Trampın dövründə Rusiya ilə ABŞ arasında münasibətlərin istiləşməsi ilə izah edib ki, bu da ABŞ ərazisində istənilən belə hərəkəti yersiz edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31