Paşinyan Brüsselə yollandı

Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 14-də Brüsselə işgüzar səfərə yollanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bu gün N.Paşinyanın Avropa Birliyi Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə üçtərəfli görüşü planlaşdırılır.

Ermənistan baş naziri həmçinin AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Belçikanın Baş naziri Bart de Vever ilə görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31